Şener Şen karyerasını bitirdi

Şener Şen karyerasını bitirdi
11 iyun 2025
# 18:00

Türkiyəli aktyor Şener Şen 61 illik karyerasını sonlandırıb.

Kulis.az xəbər verir ki, bu barədə ötən gecə “Zengin mutfağı” tamaşası üçün səhnəyə çıxan 83 yaşlı aktyor özü deyib.

O, yeni layihələrlə bağlı suala "Artıq bitdi" cavabını verib.

Qeyd edək ki, Şener Şen "Süt kardeşler", "Şaban oğlu Şaban", "Hababam sınıfı", "Tosun Paşa", "Kibar Feyzo", "Çöpçüler kralı", "Sultan", "Davaro", "Züğürt ağa", "Gönül yarası", "Kabadayı", "Av mevsimi", "Yol ayrımı" kimi məşhur filmlərdə rol alıb.

# 153 dəfə oxunub

Müəllifin son yazıları

# # #