Mədəniyyət Mərkəzində millət vəkili ilə görüş keçirilib

Mədəniyyət Mərkəzində millət vəkili ilə görüş keçirilib
9 aprel 2024
# 08:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə rəsmilər, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Millət vəkili çıxışında ictimai fəaliyyəti haqqında məlumat verib, həyata keçirilən islahatlar, görüləcək işlər barədə danışıb, iştirakçıların suallarını cavablandırıb.

# 539 dəfə oxunub

Müəllifin son yazıları

# # #