Sən ey uşaqlıq, de səni yellər apardı - “Unudulmaz mahnılar”

Sən ey uşaqlıq, de səni yellər apardı - <span style="color:red;">“Unudulmaz mahnılar”
10 yanvar 2017
# 10:50

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Alla Axundovanın sözlərinə Xalq artisti Vasif Adıgözəlovun bəstələdiyi “Sən ey uşaqlıq” mahnısını Xalq artisti Oqtay Ağayevin ifasında təqdim edirik. Mahnı "Şərikli çörək" filmində səsləndirilib.

Sən ey uşaqlıq

Nəğmə susdu dodaqlarda

Dilə gəldi tüfənglər

Mənim atam uzaqlarda

Cəbhələrdə bir əsgər

Cəbhələrdə bir əsgər

Anamızın laylaları

Nənnilərdə pozuldu

Arzuladıq ilk baharı

İstəyimiz yad oldu

İstəyimiz yad oldu

Sən ey uşaqlıq

Sən bizdən uzaq düşdün artıq

De səni yellər apardı, ya soyuq əllər apardı?

Sən ey uşaqlıq

Sən bizdən uzaq düşdün artıq

De səni yellər apardı, ya soyuq əllər apardı?

Anamızın laylaları

Nənnilərdə pozuldu

Arzuladıq ilk baharı

İstəyimiz yad oldu

İstəyimiz yad oldu

Görmədik biz gül dəstəsi

Görmədik biz oyuncaq

Ata səsi, ana səsi,

Eşitmədik doyunca

Eşitmədik doyunca

Öz qoynuna aldı bizi

Bu buruqlar şəhəri

Yarı böldük tikəmizi

Gözlədik al səhəri

Gözlədik al səhəri

Sən ey uşaqlıq

Sən bizdən uzaq düşdün artıq

De səni yellər apardı, ya soyuq əllər apardı?

Sən ey uşaqlıq

Sən bizdən uzaq düşdün artıq

De səni yellər apardı, ya soyuq əllər apardı?

# 5869 dəfə oxunub

Müəllifin son yazıları

# # #