Daha bir serialın çəkilişi yazıçıların tətili səbəbindən dayandırıldı

Daha bir serialın çəkilişi yazıçıların tətili səbəbindən dayandırıldı
9 may 2023
# 10:30

"Game of Thrones" serialının yeni prekvelinin yaradılması üzərində iş Amerika Yazıçılar Gildiyasının tətili səbəbindən dayandırılıb.

Kulis.az xəbər verir ki, bu barədə amerikalı yazıçı Corc R. R. Martin sosial şəbəkədə məlumat yayıb.

“Yazıçıların tətili davam edir. Bunu bir az da olsa sağlam düşüncəsi olan heç bir ssenarist istəməzdi, lakin prodüserlər, studiyalar, şəbəkələr və axın xidmətləri bizə başqa seçim buraxmadı", - deyə Martin məlıumatda qeyd edib.

Xatırladaq ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaqla bağlı kinostudiyalarla razılığa gələ bilmədiklərinə görə tətilə başlayıblar.

# 862 dəfə oxunub

Müəllifin son yazıları

# # #