[b]Qurban Məmmədlinin anası üçün aksiya keçiriləcək[/b]

[b]Qurban Məmmədlinin anası üçün aksiya keçiriləcək[/b]
7 avqust 2017
# 12:44

Avqustun 11-dən 13-dək Park Bulvarın II mərtəbəsində “Anaları xilas edək” adlı xeyriyyə aksiyası keçiriləcək.

Kulis.azın məlumatına görə aksiyadan yığılan vəsait səyyar kitab satıcısı Qurban Məmmədlinin anasının müalicəsinə sərf ediləcək.

Xeyriyyə aksiyasında kitabla yanaşı qadın, kişi, uşaq geyimləri, məişət və digər əşyalar satışa çıxarılacaq. Satılan məhsulların qiyməti kifayət qədər münasib olacaq.

Xatırladaq ki, Qurban Məmmədli Bakı küçələrində səyyar kitab satıcılığı ilə məşğul olur. Onun anası xərçəng xəstəliyindən əziyyət çəkir.

# 1188 dəfə oxunub

Müəllifin son yazıları

# # #