Orxan Pamuk daha bir mükafat aldı

Orxan Pamuk daha bir mükafat aldı
15 dekabr 2017
# 10:52

2006-cı il referendumu ilə müstəqillik qazanan, Avropanın və Balkan yarımadasının ən gənc ölkələrindən olan Monteneqro Respublikası türk yazıçısı Orxan Pamuka “Ədəbi atəş” mükafatı verib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bundan əvvəl Mario Varqas-Lyosa və italiyalı romançı Klaudiyo Maqrisə verilən mükafata bu il Orxan Pamuk layiq görülüb.

Bundan əlavə, dekabrın 16-da Monteneqro Respublikasının Budva şəhərində Orxan Pamukun əsərlərinə həsr olunmuş simpozium keçiriləcək.

Qeyd edək ki, “Kafamdakı tühaflık” romanının fransızcaya çevrilməsi ilə roman Fransanın “Le point” dərgisinin “Ən yaxşı 25 kitab” siyahısına, “Qırmızı saçlı qadın” isə ingiliscəyə çevrildikdən sonra İngiltərənin “Financial Time” iqtisadiyyat jurnalının “İlin ən çox satılan kitabları” siyahısına salınıb.

# 1280 dəfə oxunub

Müəllifin son yazıları

# # #