ABŞ-də Azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq

ABŞ-də Azərbaycanlı rəssamların əsərlərindən ibarət  sərgi açılacaq
30 noyabr 2022
# 13:40

Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Mayamidə gənc rəssamlarımızın əsərlərindən ibarət qrup sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə Azərbaycanın Amerikadakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərginin açılmasında məqsəd mədəniyyət və incəsənətimizi yerli ictimaiyyətin diqqətinə çatdırmaq, onları yaxından tanış etməkdir.

Dekabrın 15-də təşkil olunacaq sərgi 22-dək ziyarətçilər üçün açıq qalacaq.

Sərgidə 17 rəssamın 71 rəsm əsəri nümayiş ediləcək.

# 1148 dəfə oxunub

Müəllifin son yazıları

# # #