Sentyabrın 7-i saat 16-da Milli Kitabxananın Açıq Kitabxanasında şair-esseist Ramil Əhmədin "İki şəhərin yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcəkdir.
Kulis.azın verdiyi xəbərə görə, "İki şəhərin yazıları” kitabında sənətin müxtəlif sahələrinə aid esselər toplanıb.
Xatırladaq ki, Ramil Əhməd magistr təhsilini İstanbulda - Mimar Sinan Güzel Sanatlar Üniversitesində alıb. Ona görə Bakı və İstanbul mövzularına xüsusi həssaslıq göstərir. Kitabdakı yazılarda da bu xüsusiyyətlər nəzərə çarpır.
Ramil bəy hazırda İstanbul Universitetinin doktorantıdır.