Fatma Girik necə ölüb? - İttihamlar

Fatma Girik, aktrisa

Fatma Girik, aktrisa

8 fevral 2022
# 10:30

Mərhum "Yeşilçam" ulduzu Fatma Girikin əcnəbi köməkçisinə qarşı ölkənin baş prokurorluğunda cinayət işi açılıb.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, Gözəl Yazıyeva adlı qadının aktrisanın koronavirusa yoluxmasına və ölümünə səbəb olduğu bildirilib.

Qeyd olunub ki, ona qulluq edən G.Yazıyeva özündə koronavirus əlamətləri olmasına baxmayaraq, aktrisaya qulluq etməyə davam edib. O, işə gəlməzdən öncə dövlət xəstəxanasında pulsuz PCR müayinəsi etmək imkanı olduğu halda bunu etməyib və xəstəliyini gizlədib. O, dəfn prosesinə belə gələrək, bir çox insanı təhlükəyə atıb.

Bu səbəbdən G.Yazıyevanın “ehtiyatsızlıq və ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” maddəsi ilə mühakimə olunması tələb edilir.

Mövzu ilə bağlı Fatma Girikin qardaşı qızı Fatma Ahu Turanlının vəkili Taşkın Kurt açıqlama verib:

"Bildiyiniz kimi, Fatma Girikə qarşı, xüsusən də ölümündən sonra qardaşı qızını ittiham etmək üçün çox ciddi cəhdlər olub. Bu şəxs - ona qulluq edən Gözəl Yazıyeva xüsusən də bəzi KİV-lərə verdiyi müsahibələrdə ağlamaq və timsah göz yaşları ilə bəzi ittihamlar səsləndirib.

Biz bu şəxsə qarşı cinayət işi qaldırırıq. Çünki əsas ittiham hökmü var. Bildiyiniz kimi, bu mərhələdə hər kəsin üzərinə düşən xəstə olduğunu hiss etdiyi an əvvəlcə test verməli, tədbir almalıdır. Təəssüf ki, bu qadın buna həssas yanaşmayıb".

Vəkil qadının COVID-19 testinin pozitiv çıxmasına baxmayaraq, aktrisanın dəfn mərasimində də iştirak etdiyini vurğulayıb.

# 2121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #