Sumqayıtda kitab sərgisi olacaq

Sumqayıtda kitab sərgisi olacaq
20 oktyabr 2021
# 16:01

30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANİB-2021) təşkil olunacaq.

Kulis.az “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinə istinadən xəbər verir ki, sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyatı iştirak edəcək.

Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50 faizədək endirim tətbiq olunacaq.

Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilməsi planlaşdırılır.

Sərgi saat 10-dan 19-dək davam edəcək.

# 3182 dəfə oxunub

Müəllifin son yazıları

# # #