Çingiz Abdullayev oxucularla görüşüb

Çingiz Abdullayev oxucularla görüşüb
21 oktyabr 2019
# 19:00

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi ilə əlaqədar oxucuları ilə görüşü keçirilib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı Ç.Abdullayev tədbir iştirakçıları ilə ünsiyyət quraraq, onlara öz həyatının və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, onları bədii ədəbiyyat oxumağa dəvət edib.

Sonda Xalq yazıçısı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib, kitablarını imzalayıb və xatirə şəkilləri çəkilib.

# 1392 dəfə oxunub

Müəllifin son yazıları

# # #