Fərid Əkbərov: “Kseniya” -Ən qısa hekayə

Fərid Əkbərov: “Kseniya” -Ən qısa hekayə
23 dekabr 2013
# 13:00

Kulis.Az Fərid Əkbərovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Kseniya” (278 işarə) hekayəsini təqdim edir.

2010-cu ilin aprel ayı, Moskva Dövlət Linqvistika Universitetinin bufeti. Birinci dərs qurtarandan sonra bufetdə oturub çay içirdim. Təsadüfən arxa stolda oturan qızların yan tərəfdə tək oturan bir qıza atmacalarını eşitdim. Üç qızdan biri tək oturan qıza istehza ilə deyirdi: "Kseniya, 20 yaşın var, sən hələ də bakirəsən!"

# 2158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #