İçərişəhərdə sərgi açılacaq

İçərişəhərdə sərgi açılacaq
11 oktyabr 2019
# 14:22

Oktyabrın 12-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında “Azərbaycan xalçaları” adlı sərgi açılacaq.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Dekorativ Tətbiqi Sənət Festivalı çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ xalçalar nümayiş ediləcək. Sərginin təqdimatında hər kəs iştirak edə bilər. /azertag.az/

# 2023 dəfə oxunub

Müəllifin son yazıları

# # #