İsa Hüseynovla vida mərasiminin vaxtı və yeri məlum oldu - YENİLƏNİB

İsa Hüseynovla vida mərasiminin vaxtı və yeri məlum oldu - <span style="color:red;">YENİLƏNİB
1 aprel 2014
# 14:46

Xalq yazıçısı İsa Hüseynov sabah dəfn olunacaq.

Bu haqda mərhumun qızı Sevinc Hüseynova Kulis.Az-a məlumat verib.

Sevinc Hüseynovanın sözlərinə görə Xalq Yazıçısı ilə vida mərasimi saat 13:00-dan 15:00-a qədər "Azdrama"da keçiriləcək.

İsa Hüseynov I Fəxri Xiyabanda, Cəlil Məmmədquluzadənin dəfn olunduğu cərgədə dəfn olunacaq.

Azərbaycanın görkəmli yazıçısı İsa Hüseynov (Muğanna) dünən gecə dünyasını dəyişib.

İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib.

# 3825 dəfə oxunub

Müəllifin son yazıları

# # #