Üzeyir Hacıbəyli 140 - Özbəkistan

Üzeyir Hacıbəyli 140 - Özbəkistan
21 may 2025
# 09:25

Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində görkəmli azərbaycanlı bəstəkarı, Azərbaycan milli operasının banisi, musiqişünas-alim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar konsert təşkil edilib.

Kulis.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu tədbirin Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə verilmiş sərəncam çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən nəzərdə tutulmuş silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

# # #