Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı
29 may 2026
# 16:20

Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən əsrin 60-70-ci illərində tikilmiş binada uzunmüddətli istismar nəticəsində yaranan aşınma və texniki qüsurlar aradan qaldırılıb, obyekt müasir tələblərə uyğun bərpa edilib.

Yenidənqurma işləri çərçivəsində mərkəzdə mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq dərnəklərinin fəaliyyəti, təlim və məşğələlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.

Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyət göstərəcəyi çoxfunksiyalı məkanlar, qrim otaqları, bufet, kassa və suvenir mağazası yerləşir. Mərkəzin 348 yerlik zalında konsertlərin, tamaşaların, film nümayişlərinin, təqdimatların, rəsmi görüşlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaq.

Yenidənqurmadan sonra Mədəniyyət Mərkəzi əhalisi və tələbə sayı artan Xankəndinin mədəni həyatının canlanmasına töhfə verəcək, şəhərdə kütləvi tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevriləcək.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər