6-cı ANİMAFİLM üç hissədən ibarət olacaq

6-cı ANİMAFİLM üç hissədən ibarət olacaq
17 avqust 2023
# 10:45

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək.

Kulis.az xəbər verir ki, festivala üç əsas proqram daxildir.

Müsabiqəyə 13 ölkədən 39 film qəbul edilib. Filmlər 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə yarışacaq. Seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək.
Qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq.

Qeyd edək ki, festivalın mükafat fondu 2,3 min ABŞ dollarıdır.

# 761 dəfə oxunub

Müəllifin son yazıları

# # #