Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə

Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə
18 mart 2026
# 16:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair, publisist və ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri Barat Vüsalın 75 illik yubileyi münasibətilə geniş məzmunlu elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, bu elektron məlumat bazası Barat Vüsalın zəngin yaradıcılıq irsini qorumaq, sistemləşdirmək və müasir rəqəmsal mühitdə geniş oxucu auditoriyasına təqdim etmək məqsədilə hazırlanıb.

Elektron məlumat bazası Barat Vüsalın həyat və fəaliyyətini əhatə edən zəngin informasiya resursudur. Burada şairin həyat yolunu əks etdirən xronologiya, onun ədəbi yaradıcılığını geniş şəkildə təqdim edən “Həyat və yaradıcılıq” bölməsi yer alır.

Elektron resursda görkəmli şəxslərin Barat Vüsalın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər və şairin öz müdrik kəlamları da yer alır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “İtmiş şeir dəftərinin "Gizli vərəqi" haqqında ballada”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Barat Vüsalın Yol kitabı” və Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Barat Vüsalla “Ruh gəmisi”ndə” adlı məqalələrinin tam mətni yerləşdirilib.

Bazada müəllifin qələmə aldığı kitablar, şeirlərindən seçilmiş nümunələr, məqalələr, esselər və müsahibələr ilə yanaşı, onun haqqında yazılmış kitablar, elmi və publisistik məqalələr, hətta ona həsr olunmuş şeirlər də ayrıca bölmələrdə toplanaraq istifadəçilərə təqdim edilir. Barat Vüsalın redaktoru, “Ön söz” müəllifi, məsləhətçisi olduğu kitabların da bu bazaya daxil edilməsi onun ədəbiyyat sahəsindəki çoxşaxəli fəaliyyətini əks etdirir.

Elektron məlumat bazasında, həmçinin “Foto və videoqalereya”, “Virtual sərgi” bölmələri də mövcuddur.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər