X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirildi

X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirildi
9 oktyabr 2024
# 10:01

Oktyabrın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli X Bakı Kitab Sərgisində ümumilikdə 327 tədbirin keçirildiyini, həmçinin, bir çox dünyaşöhrətli yazarların kitab təqdimatlarının və oxucularla görüşlərinin təşkil olunduğunu qeyd edib. O, ötən illə müqayisədə builki sərgidə yeni naşirlərin də iştirak etdiyini diqqətə çatdırıb.

Daha sonra mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə “Media tərəfdaşı” sertifikatları təqdim olunub.

“Ən yaxşı kitab” nominasiyası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzuli Kitabxanası” seriyası, “Ən kreativ stend tərtibatı” nominasiyası üzrə Təhsil Nəşriyyat-Poliqrafiya MMC, “Everest” və “Çinar” nəşriyyatlarının stendi, “Ən çox oxunan uşaq yazarı” nominasiyası üzrə Bəhram Bağırzadə, “Ən çox oxunan müəllif” nominasiyası üzrə Elxan Elatlı, “Ən fəal nəşriyyat” nominasiyası üzrə isə “Qanun” və "TEAS Press" nəşriyyatları qalib elan edilib.

# 482 dəfə oxunub

Müəllifin son yazıları

# # #