Ən gözəl sevgi şeirlərimizdən biri

Ən gözəl sevgi şeirlərimizdən biri
4 avqust 2019
# 11:59

Kulis.az “Bazar oxusu” layihəsindən Vaqif Bayatlının “Bir də kimsəni sevməyəcəyəm” şeirini təqdim edir

Bu gecə nədəndir hamıdan qabaq

ağrıyan, qəlbimə yanıram dostlar,

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

Bir də bu dünyada eşqdən yazmağa,

Gecələr azmağa daha halım yox.

Bu xan oğlanlara, xanım qızlara

Qara sevda nədi, bir sualım yox.

Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi.

Çəkildi başımdan gənclik havası.

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki, ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq – haqdan,

doydum küçələrdən, yollardan doydum.

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də kimsəni sevməyəcəyəm.

# 2551 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #