“Fokus” jurnalının yeni sayı satışda

“Fokus” jurnalının yeni sayı satışda
14 may 2013
# 11:33

Gənc Film İstehsalçıları Assosiasiyasının layihəsi olan “Fokus” kino jurnalının yeni, 9-cu nömrəsi nəşr olunub.

Jurnalın bu sayında oxuculara Aygün Aslanova, Aliyə Dadaşova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələri, Rafiq Quliyev, Vidadi Həsənov, Rövşən İsax, İlqar Fəhmi və Yılmaz Güneyin asistentinin müsahibəsi, Mirbala Salimlinin Aleksey German haqda xatirələri, rejissor Şamil Əliyevin "Çölçü", S. Spilberqin "Linkoln", P. T. Andersonun "Master" filminə resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretləri təqdim olunub.

Jurnalı Nizami muzeyi kitab mağazası və Qız Qalası kitab mağazasından, “Ali və Nino” və “Yer Altında” kitablar mağaza şəbəkələrindən əldə etmək olar. “Fokus” jurnalı Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə çap olunur.

# 2451 dəfə oxunub

Müəllifin son yazıları

# # #