“Üzüklərin hökmdarı”nın müəllifinin məktubu 20,5 min dollara satıldı

“Üzüklərin hökmdarı”nın müəllifinin məktubu 20,5 min dollara satıldı
24 iyun 2023
# 10:30

“Üzüklərin hökmdarı” romanının müəllifi Con Ronald Ruel Tolkinin məktubu Nyu-Yorkda Bonhams hərracında pərəstişkarlarına 20,5 min dollara satılıb.

Kulis.az xəbər verir ki, 1955-ci ildə pərəstişkarına yazdığı məktubda Tolkin özünü öz kitablarının personajı olan Hobbitlə müqayisə edir.

Müəllif özünü utancaq adlandırır və heç kimin olmadığı bir yerdə yaşamaq istədiyini etiraf edir.

Həmçinin Tolkin bir qadın pərəstişkarına müraciət edərək, roman üzərində işləməkdən yorulduğunu əlavə edir.

# 649 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #