İrəvan teatrı qastrol səfərinə hazırlaşır

İrəvan teatrı qastrol səfərinə hazırlaşır
25 iyun 2019
# 16:51

İyulun 3-də Gəncə şəhərində şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ürəyində arzu tut” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası olacaq.

Teatrın kollektivi tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış edəcəklər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə İrəvan teatrının kollektivi iyulun 3-dən 12-dək şair, yazıçı Sevinc Elsevərin “Ürəyində arzu tut” tamaşası ilə Gəncə, Sabirabad və Şəki də qastrol səfərində olacaq. /azertag.az/

# 2019 dəfə oxunub

Müəllifin son yazıları

# # #