Elçinin uşaqlar üçün yeni kitabı çap olunub

Elçinin uşaqlar üçün yeni kitabı çap olunub
28 iyun 2019
# 16:36

Xalq yazıçısı Elçinin “Mənə niyə gülürlər” adlı kitabı çapdan çıxıb.

Kitaba müəllifin uşaqlar üçün yazdığı hekayələr, eləcə də tapmacalar, yanıltmaclar, oxşar sözlərlə yazılmış miniatürlər toplanıb.

“Təhsil” nəşriyyatı müəllifi kiçik oxuculara təqdim edərək yazır: “Əziz uşaqlar! Azərbaycan ədəbiyyatının böyük simalarından olan Elçin sizi heç vaxt unutmur. Bu kitabdakı hekayələrin qəhrəmanları sizsiniz, sizin dostlarınız, rəfiqələrinizdir. Siz onları o saat tanıyacaqsınız, onlarla dostlaşacaqsınız. Buradakı yanıltmaclar, eynimənalı sözlər sizin xoşunuza gələcək, onları bir-birinizə danışacaqsınız”.

Qeyd etmək lazımdır ki, Xalq yazıçısının bu hekayələri Alla Axundovanın tərcüməsində Moskvanın “Detskaya literatura” nəşriyyatında 150 min tirajla, eləcə də məşhur türk uşaq yazıçısı Yücel Feyzioğlunun tərcüməsində və “Ön söz”ü ilə Ankarada “Cocuq kitabları” seriyasından böyük tirajla nəşr edilib./azertag.az/

# 1835 dəfə oxunub

Müəllifin son yazıları

# # #