"Harri Potter"in birinci hissəsi baş rolda uşaqların iştirak etdiyi ən yaxşı film seçilib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Mütləq Top” reytinqində ikinci yeri M. Nayt Şayamalanın “Altıncı hiss” mistik filmi tutub.
Üçüncü yerdə Kris Kolumbun başqa bir filmi, Makoley Kalkinin baş rolda oynadığı “Evdə tək” Milad komediyasıdır. 2011-ci ilə qədər film dünyanın ən gəlirli komediya filmi hesab olunurdu.
- "The Bear" serialının yeni sezonu ekranlara çıxacaq
- “Castle Falls” filminin treyleri yayımlanıb
- Bakıda Türk Filmləri Həftəsi
Qeyd edək ki, ilk beşliyi tamamlayan film Ues Andersonun “Ay işığı krallığı” və Stiven Çboskinin R.H.Palasionun eyniadlı “Möcüzə” romanının ekranizasiyasıdır.