"Çernobıl” serialı Emmi mükafatı aldı

"Çernobıl” serialı Emmi mükafatı aldı
23 sentyabr 2019
# 10:34

"Çernobıl” serialı Emmi mükafatı qazandı.

Kulis.azın rus mətbautına istinadən verdiyi xəbərə görə 71-ci “Emmi” televiziya mükafatının verilməsi mərasimi ötən gün Los-Anceles şəhərində baş tutub.

Mərasimdə 2019-cu ildə ekranlara çıxan və böyük marağa səbəb olan “Çernobıl” mini serialı üç nominasiya üzrə “Emmi” mükafatına layiq görülüb.

Bundan başqa, qaliblər arasında məşhur “Taxt oyunları” serialı da var. O, “ilin ən yaxşı dramatik serialı” nominasiyasında mükafatlandırılıb.

# 1721 dəfə oxunub

Müəllifin son yazıları

# # #