“Siçanlar və adamlar” tamaşası yenidən təqdim olunacaq

“Siçanlar və adamlar” tamaşası yenidən təqdim olunacaq
19 aprel 2022
# 14:00

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.

Kulis.az xəbər verir ki, tamaşa aprelin 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.

Qeyd edək ki, tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

# 1855 dəfə oxunub

Müəllifin son yazıları

# # #