Ümid Nəccari Beynəlxalq mükafata layiq görüldü

Ümid Nəccari, şair

Ümid Nəccari, şair

24 iyun 2022
# 19:00

Azərbaycanlı şair Ümid Nəccari Beynəlxalq mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, azərbaycanlı şair və tərcüməçi Ümid Nəccari Ruminiyanın nüfuzlu Beynəlxalq Mihai Eminescu medalına layiq görülüb və Mihai Eminescu akademiyasının üzvü seçilib.

Mihai Eminescu Akademiyasının Beynəlxalq festivalında 30-dan çox ölkənin nümayəndəsi iştirak edib. Festival Ruminiyanın şairlər şəhəri adını qazanmış Craiovada keçirilib.

Qeyd edək ki, Ümid Nəccarinin əsərləri İndiyə qədər ABŞ, İtaliya, İspaniya, Rusiya, Serbiya, Kosovo, Ruminiya, Monteneqro, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbuat orqanlarında işıqlandırılıb.

Нет описания.

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #