"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı

"Səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM Orxan Saffari ilə qalmaqalından danışdı
19 fevral 2026
# 15:47

Yazıçı Orxan Saffari tanınmış rejissor Kənan Mahmudov haqqında tənqidi fikirlər səsləndirib. O, bu çıxışı ilə rejissorun neçə illik fəaliyyətini şübhə altına alıb. Kənan Mahmudov isə onun sərt tənqidindən sonra öz sosial şəbəkə hesabında Orxan Saffariyə qarşı nalayiq ifadələr işlədərək onu təhqir edib. Rejissorun bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Təhqirdən sonra Orxan Saffari onu məhkəməyə verdiyini açıqlayıb.

Kulis.az Manset.az-a istinadən xəbər verir ki, rejissor son hadisəyə görə səhhətində problemlərin yarandığını bildirib:

“Orucam, bu haqda ətraflı danışmaq istəmirəm. Mən çox pisəm, təzyiqim var. Səhərə qədər üstümə təcili yardım gəlib”. – deyə Kənan Mahmudov qeyd edib.

# 451 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər