Azərbaycan filmləri Kazan festivalında

Azərbaycan filmləri Kazan festivalında
9 avqust 2017
# 10:23

Sentyabrın 5-dən 11-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək.

Beynəlxalq tədbirdə Azərbaycan filmləri də nümayiş olunacaq.

Qısametrajlı filmlər proqramında Azərbaycan və İranın birgə istehsalı olan “Səs”, qısametrajlı sənədli film proqramında isə Teymur Daiminin “Bu sevgidir” filmi təqdim ediləcək.

/azertag.az/

# 891 dəfə oxunub

Müəllifin son yazıları

# # #