Tarantinonun yeni kitabı çap olunacaq

Qventin Tarantino, rejissor

Qventin Tarantino, rejissor

31 may 2022
# 10:00

“Oskar” mükafatı laureatı, rejissor və ssenarist Qventin Tarantino “Kino spekulyasiyası” ("Cinema Speculation") kitabını çapa hazırlayır. Kitabın təqdimatının 2022-ci il oktyabrın 25-də keçirilməsi gözlənilir.

Kulis.az NTV-yə istinadla xəbər verir ki, “Kino spekulyasiyası” kitabı “Qaçış” kriminal trillerinə və eləcə də məşhur rejissor və ssenarist Q.Tarantinoya uşaqlıq illərində təsir göstərmiş 1970-ci illərin bir çox filmlərinə həsr olunub.

“Harper” nəşriyyatı "Kino spekulyasiyası"nı film tənqidinin, nəzəriyyəsinin və reportaj peşəkarlığının, eləcə də şəxsi hekayənin uğurlu birləşməsi adlandırır.

Qeyd edək ki, kino industriyasının ən baxımlı filmlərindən olan “Kriminal qiraət” və “Quduz köpəklər” filmləri ilə dünya kino tarixinə düşən 59 yaşlı Q.Tarantino 70-ci illərdən bəri sevdiyi filmlər sırasına “Çənələr”, “Apokalipsis bu gün” və “Kerri” filmlərini də aid edib.

# 1394 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #