Tanınmış aktyor ürək tutmasından vəfat etdi

Tanınmış aktyor ürək tutmasından vəfat etdi
19 aprel 2023
# 18:20

Hindistanlı aktyor Allu Rameş 52 yaşında ürək tutmasından vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“İlk gündən mənə dəstək oldun. Artıq olmadığına inana bilmirəm", - deyə rejissor Ravi Anand mərhum haqqında sosial şəbəkədə qeyd edib.

Allu Rameş Hindistanın cənub-şərq sahilində yerləşən Visakhapatnam şəhərində anadan olub. Aktyor yaradıcılıq karyerasına teatrda başlasa da, sonradan "Çirucallu" verilişində rəssam kimi efirdə debüt edib. Onun filmoqrafiyasına 50-dən çox film daxildir, onların bir çoxunda Rameş kiçik rollar oynayıb. Bununla belə, hind tamaşaçıları aktyoru təkrarolunmaz aktyorluq bacarığı, yumoru ilə yüksək qiymətləndiriblər.

# 989 dəfə oxunub

Müəllifin son yazıları

# # #