Bakıda “Suvar” ansamblı konsert proqramı ilə çıxış edəcək

Bakıda “Suvar” ansamblı konsert proqramı ilə çıxış edəcək
2 aprel 2018
# 17:57

Mayın 7-də Heydər Əliyev Sarayında “Suvar” ləzgi və rəqs ansamblı konsert proqramı ilə çıxış edəcək.

“Konsert Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacaq. Tədbir “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə keçiriləcək. Musiqili gecədə Azərbaycan estradasının ulduzları da səhnəyə çıxacaqlar”, - deyə Z.Nəcəfov bildirib.

Qeyd edək ki, “Suvar” ləzgi və rəqs ansamblı (“suvar” ləzgi dilində “bayram” deməkdir) 1996-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü ilə və “Samur” Ləzgi Milli Mərkəzinin dəstəyi ilə yaradılıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib./azertag.az/

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

# # #