Tağıyevdən bəhs edən çoxseriyalı film təhvil veriləcək

Tağıyevdən bəhs edən çoxseriyalı film təhvil veriləcək
10 oktyabr 2023
# 12:20

Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Himayədar" çoxseriyalı filmi gələn il təhvil veriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə III "Korkut Ata" Film Festivalı ilə əlaqədar keçirilən zirvə görüşündə məlumat verilib.

Qeyd olunub ki, 120 çəkiliş gününün artıq 85-i çəkilən filmin ümumilikdə 8 seriyadan ibarət olacağı nəzərdə tutulub. Hər seriya 1 saat davam edəcək. Sözügedən layihədə 1600 nəfərlik heyət çalışır.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir.

Tədbirdə həmçinin "Hadrut, sən azadsan" filminin də çəkilişlərinin artıq yekunlaşdığı və gələn ay təhvil veriləcəyi qeyd edilib.

# 734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #