Kinematoqrafın ölümünə səbəb olan filmin çəkilişləri yekunlaşdı

Kinematoqrafın ölümünə səbəb olan filmin çəkilişləri yekunlaşdı
18 may 2023
# 16:00

Məşhur aktyor Alek Bolduinin çəkiliş meydançasında kinematoqrafın ölümünə səbəb olan "Rust" filminin çəkilişləri tamamlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Bolduin çəkilişlərin son günündən olan fotonu İnstaqram səhifəsində paylaşıb. Şəkildə özü və 14 yaşlı baş rol yoldaşı Petrik Skott Makdermott var.

Qeyd edək ki, 65 yaşlı amerikalı aktyor çəkiliş meydançasında kinematoqrafın ölümü ilə bağlı "qəsdən adam öldürmə" maddəsi ilə ittiham olunub. Bir uşaq anası Halina Hatçins Bolduinin əlindəki silah təsadüfən açılan zaman güllələnib. Qəzadan sonra Bolduinə qarşı ittihamlar götürülsə də, Hatçinsin ailəsi aktyora qarşı mülki iddianı davam etdirmək qərarına gəlib.

Alec Baldwin-in çəkiliş meydançasında kinematoqrafın ölümünə səbəb olduğu Rust filminin çəkilişləri başa çatıb - 5

# 860 dəfə oxunub

Müəllifin son yazıları

# # #