Soljenitsının həyat yoldaşı təltif edildi

Soljenitsının həyat yoldaşı təltif edildi
30 iyul 2024
# 10:46

Rusiya Prezidenti Vladimir Putin yazıçı Aleksandr Soljenitsının həyat yoldaşı Nataliya Soljenitsınanı III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edib.

Kulis.az xəbər verir ki, Nataliya xanım bu medala "Milli incəsənətin inkişafındakı xidmətlərinə, aktiv ictimai və xeyriyyəçilik fəaliyyətinə görə" təltif edilib.

Qeyd edək ki, məşhur dissident yazıçı, 1970-ci ilin ədəbiyyat üzrə Nobel mükafatının laureatı, dünyaca məşhur "QULAQ arxipelaqı" romanının müəllifi Aleksandr İsayeviç Soljenitsın 2008-ci ilin avqustunda dünyasını dəyişmişdi. Nataliye Soljenitsına ilk dəfə həyat yoldaşının tam külliyyatını hazırlayıb, nəşr etdirib.

# 490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #