“Arşın mal alan” Türkiyədə göstəriləcək

“Arşın mal alan” Türkiyədə göstəriləcək
16 aprel 2019
# 15:03

Aprelin 22-də Türkiyənin Qaziantep şəhərində Samsun Dövlət Opera və Balet Teatrı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını səhnələşdirəcək.

ONA-nın məlumatına görə, operetta II Qaziantep Opera və Balet Festivalı çərçivəsində oynanılacaq.

Festivalın açılışı Osmanlı donanmasının məşhur dənizçilərindən Mühiddin Piri Bəyin həyatından bəhs edən “Piri Rəis” baleti ilə olub.

# 2247 dəfə oxunub

Müəllifin son yazıları

# # #