“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı kitab London Universitet Kollecinin kitabxanasına hədiyyə edilib.
Kulis.az xəbər verir ki, təşəbbüs Dövlət Proqramı çərçivəsində həmin universitetdə təhsil alan magistrant Murad Ağayev tərəfindən irəli sürülüb.
O qeyd edib ki, bununla da universitetdə təhsil alan ingilis, həmçinin xarici tələbələr Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşada və bütün Qarabağ bölgəsində Azərbaycanın qədim mədəni irsi haqqında geniş məlumat ala biləcəklər.
- Haqqında ölüm xəbəri yayıldı, konsertindən yığılan məbləği Çernobıla yolladı – 85 yaşlı Zeynəb Xanlarova haqqında bilmədiklərimiz...
- İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
- Xalq artisti Nəcibə Məlikovanın xatirəsi anıldı
Qeyd edək ki, “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı kitab Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilib.