İlin ən yaxşı filmi: “Xidmətçi qız”

İlin ən yaxşı filmi: <span style="color:red;">“Xidmətçi qız”
19 fevral 2018
# 10:33

Britaniya kinoakademiyası ilin ən yaxşı filmini seçib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, fevralın 18-də Londonda Britaniya televiziya və kino akademiyası ilin qaliblərni seçib.

Britaniya kinoakademiklərinin fikrincə, ilin ən yaxşı filmi rejissor Martin Makdonaxın “Ebbinq sərhəddində üç bilbord” kriminal dramıdır. Film qızının qəddar qətlinin araşdırılmasına can atan Mildred Xeysin əhvalatını “danışır”.

Bu filmdə əsas rolu oynayan Frensis Makdormand ilin ən yaxşı aktrisası seçilib.

Ən yaxşı kişi roluna görə isə, Harri Oldman (“Qaranlıq zamanlar”) mükafatlandırılıb.

Xarici dildə ən yaxşı film nominasiyasında Cənubi Koreya rejissoru Pank Çxan-uka “Xidmətçi qız” filmi seçilib.

# 1248 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #