Kamal Abdullanın şeirlər kitabı çap edilib

Kamal Abdullanın şeirlər kitabı çap edilib
2 aprel 2024
# 17:27

Xalq yazıçısı Kamal Abdullanın müxtəlif dillərə tərcümə olunmuş şeirlərdən ibarət “Sən çətin tapasan axtardığını” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Kamal Abdullanın müxtəlif illərdə yazdığı şeirlərin alman, fransız, ingilis və ispan dillərinə tərcümələri təqdim olunub. Şeirləri almancaya Yusif Savalan, fransızcaya Mətanət Əhmədova, ingiliscəyə Vaqif Qəmbər, Fialə Abdullayeva, ispancaya Hüseynağa Aygünlü tərcümə ediblər.

Kitabın tərtibçisi Yusif Savalan, rəyçisi filologiya elmləri doktoru, professor Şahin Xəlilli, redaktoru isə dosent Fialə Abdullayevadır.

Qeyd edək ki, kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

# 703 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #