Monteneqronun "Avroviziya-2025"təmsilçisi “NeonoeN” qrupu müsabiqədə iştirakdan imtina edib.
Kulis.az xəbər verir ki, buna səbəb “Clickbait” mahnısı olub. Belə ki, qrup müsabiqə qaydalarını pozmaqda təqsirli bilinib.
Qrupun mahnısı yayımlandıqdan sonra onun fərqli aranjimanda daha əvvəl - 2023-cü ildə "Montesong" festivalında da səsləndirildiyi ortaya çıxıb.
Qalmaqalın ardından qrup bəyanat yayaraq könüllü şəkildə müsabiqədən çəkildiklərini elan edib.
Xatırladaq ki, müsabiqə qaydalarına əsasən, mahnılar milli seçimdə təqdim olunana qədər 2024-cü il sentyabrın 1-dək açıq şəkildə ifa edilə, sosial şəbəkələrdə yayımlana bilməz.
Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda keçiriləcək. Biletlər ilin sonunda satışa çıxarılacaq.
Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.