Xalq rəssamı: "Aşıq Ələsgərin abidəsi yaxın zamanlarda hazır olacaq"

Xalq rəssamı:  "Aşıq Ələsgərin abidəsi yaxın zamanlarda hazır olacaq"
27 iyul 2023
# 18:20

“Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi tam sürətlə davam etdirilir”.

Bunu APA-ya açıqlamasında abidənin müəllifi Xalq rəssamı Natiq Əliyev deyib.

Natiq Əliyev abidənin yaxın zamanlarla hazır olacağını əlavə edib: “Bildiyiniz kimi, abidənin yumşaq materialdan (gildən – N.P) olan versiyası ekspert komissiyası tərəfindən təsdiq olunub. Hal-hazırda onun bürüncdən tökülməsi işi həyata keçirilir”.

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.
Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.

# 667 dəfə oxunub

Müəllifin son yazıları

# # #