Şamil Mahmudbəyovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şamil Mahmudbəyovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib
1 mart 2024
# 09:08

Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.

Qeyd edək ki, tədbirin sonunda kinorejissor Şamil Mahmudbəyovun son işi olan “Adam” filmi nümayiş etdirilib. Yarımçıq qalan film 2010-cu ildə Əməkdar incəsənət xadimi Nizami Abbas tərəfindən “Yeni dalğa” prodüser mərkəzində tamamlanıb.

# 565 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #