Nobel mükafatçısının arxivi 59 min dollara satıldı

Nobel mükafatçısının arxivi 59 min dollara satıldı
10 fevral 2022
# 15:40

Rusiyalı yazıçı Aleksandr Soljenitsının arxivi hərracda 4,4 mln. rubla (59 min ABŞ dolları) satılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "12-ci stul" hərrac evinin açıqlamasında deyilir.

"Ən bahalı lot müəllifin imzası və əl düzəlişi olan "Arxipelaq QULaq" romanının çap versiyası olub. Bu əsər 350 min rubl (4,7 min dollar) başlanğıc qiymətlə 1,3 mln. rubla (17,4 min dollar) satılıb", - hərrac evi bildirir.

Xatırladaq ki, yazıçı, dramaturq, şair və publisist olan Aleksandr Soljenitsın (1918-2008) SSRİ, İsveçrə, ABŞ və Rusiyada yaşayıb-yaradıb. 1970-ci ildə o, "böyük rus ədəbiyyatı ənənəsindən əldə edilən mənəvi gücə görə" Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. Yazıçının ən məşhur əsərləri sırasında "Arxipelaq QULaq", "Birinci dairədə", "Qırmızı çarx", "Matryonanın həyəti", "İvan Denisoviçin həyatında bir gün", "Xərçəng korpusu" kimi əsərlər yer alıb.

# 1446 dəfə oxunub

Müəllifin son yazıları

# # #