Səbinə Bayramovanın kitabı təqdim olundu

Səbinə Bayramovanın kitabı təqdim olundu
13 iyun 2025
# 13:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc yazar Səbinə Bayramovanın yeni nəşr olunan kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə 136, 149 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi, oxucular və ictimaiyyət nümayəndələri iştirak edib.

Səbinə Bayramova ədəbi fəaliyyətə 2017-2018-ci illərdə başlayıb.

2021-ci ildə onun psixoloji janrda olan "Yaralı ruhlar" kitabı işıq üzü görüb.

Qeyd edək ki, sonda müəllif kitabxanaya, tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və balacaları "Gülüş Diplomu" ilə mükafatlandırıb.

# 193 dəfə oxunub

Müəllifin son yazıları

# # #