Əfsanəvi “Mortal Kombat 2” filminin çəkilişləri başlayıb.
Kulis.az xəbər verir ki, məşhur döyüş oyununun seriyası əsasında olan ekran əsərinin çəkilişləri Avstraliyada aparılır.
Bu məlumatı filmin prodüseri Ceyms Van təsdiqləyib. Onun sözlərinə görə, filmin növbəti bölümü 2021-ci ildə təqdim olunan birinci hissənin hadisələrinin davamı olacaq. Ekran əsərində Sab-Ziro, Skorpion, Sonya Bleyd, Caks və Rayden daxil olmaqla izləyicilərin bir çox sevimli personajları yer alıb. Filmin diqqət mərkəzində isə “Mortal Kombat” filmi üçün xüsusi olaraq yaradılmış yeni personaj Koul Yanqdır. Koul tez bir zamanda Yer krallığını qoruyan Rayden döyüşçülərindən birinə çevrilir və filmin sonunda onun birbaşa Skorpion nəslindən olduğu məlum olur.
Qeyd edək ki, ekran əsərinin davamında ilk bölümün bir neçə döyüşçüsü, eləcə də əvvəllər görünməmiş bir çox Mortal Kombat personajlarının qayıdışı olacaq. “Mortal Kombat 2” filminin premyera tarixi hələ ki, məlum deyil.