2000 illik mumiyada döymə izləri aşkarlandı

2000 illik mumiyada döymə izləri aşkarlandı
11 avqust 2025
# 14:55

Tədqiqatçılar yaxın infraqırmızı görüntülərdən istifadə edərək 2000 illik Sibir mumiyasının bədənində pələnglərin, qrifonların və kiçik xoruzların qeyri-adi döymələrini aşkar ediblər.

Kulis.az xəbər verir ki, üzərində naxışlar aşkar edilən, köçəri Pazırık mədəniyyətinə aid olan mumiya onilliklər əvvəl Cənubi Sibir, Şərqi Qazaxıstan və Çinin şimal-qərbini əhatə edən Altay dağlarında tapılıb.

"Bu insanlar (e.ə. 6-2-ci əsrlər), əsasən, çobanlıq edirdilər, yay aylarında qoyun və atlarla dağlıq əraziləri gəzərək ölülərinin minilliklər boyu cəsədlərini qoruyub saxlayaraq eyni donmuş torpağa basdırırmışlar" deyə tədqiqatçılar bildirib.

Qeyd edək ki, tapıntı erkən dəmir dövrünə aid edilir.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər