Məşhur yazıçı vəfat etdi

Peter Straub

Peter Straub

8 sentyabr 2022
# 11:15

Elmi fantastika və qorxu romanlarının yazarı Peter Straub vəfat edib.

Kulis.az xəbər verir ki, o, Nyu-Yorkda 79 yaşında dünyasını dəyişib. Onun ölümünü həyat yoldaşı Susan təsdiqləyib. Yazarın omba sınığından sonra yaranan fəsadlar səbəbindən həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, 1973-cü ildə Straubun "Evliliklər" adlı ilk romanı işıq üzü görüb. Ştraubun yaradıcılığına ən böyük təsir onun yazar Stiven Kinqlə tanışlığı olub. Onunla birlikdə "Talisman" hekayəsini yazıb. Yazarın “Ruhlar hekayəsi”, “Kölgələr diyarı”, “Uçan əjdaha” (1983), "Koko", "Sirr", "Boğaz", "Cəhənnəm odu klubu", "Cənab X", "Qaranlıq materiya", "Juliya", "Qara ev" kimi əsərləri də var.

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #