Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar

Dövran mənə zülm еtdi... - Molla Vəli Vidadidən bayatılar
13 may 2026
# 12:35

Bu gün tanınmış şair Molla Vəli Vidadinin anım günüdür.

Kulis.az onun bayatılarını təqdim edir.


Şam yanar a yağ ilə,
Gəl, gözüm, əyağilə,
Gəldi Vəli başına,
Gəlməyən ay ağıla.

Vəliyəm qanad ilə,
Üz tutdum qan adilə,
Хəyalım gеdən yеrə.
Quş gеtməz qanadilə.

Vəliyəm, ay Qazağlar,
Dərd sızlar, ay göz ağlar,
Tülək tərlan yurduna
Qоnmasın ay qaz, ağlar.

Vəliyəm, səna dilə,
Üz dutdum sən adilə,
Dövran mənə zülm еtdi,
Gəlmişəm sana dilə.

# 83 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər