Məşhur reper evinə hücum edən şəxsi güllələdi

DaBaby, amerikalı reper

DaBaby, amerikalı reper

15 aprel 2022
# 12:44

Məşhur repçi malikanəsinə hücum edən şəxsi güllələyib.

Kulis.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Məşhur amerikalı reper DaBaby (əsl adı - Conatan Lindale Kirk) Şimali Karolinadakı malikanəsinə müdaxilə edən şəxsə atəş açıb.

Bildirilir ki, hip-hop ifaçısı tətiyi çəkməzdən əvvəl naməlum şəxslə bir neçə söz mübadiləsi aparıb. Daha sonra DaBaby polisə zəng edərək başına gələnləri danışıb.

Atışma nəticəsində xəsarət alan şəxs müalicə olunmaq üçün tibb müəssisəsinə aparılıb. O, ayağından həyati təhlükəsi olmayan yara alıb. Musiqiçinin nümayəndələri hadisə ilə bağlı açıqlama verməyiblər.

# 1452 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #